Sankt-Peterburqun mərkəzində Ukrayna bayrağı qaldırılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mavi-sarı bayraq şəhərin mərkəzindəki Taurian sarayının yaxınlığında dalğalanır.
Bildirilir ki, Sankt-Peterburqda Ukrayna bayrağı ilə yanaşı MDB ölkələrinin də bayraqları qaldırılıb. Orada MDB ölkələrinin Parlamentlərarası Assambleyasının növbəti sessiyası öz işinə başlayıb.
Qeyd edilir ki, 2014-cü ildə Ukrayna bu tədbirdə iştirakdan imtina edib.