Çeçenistan rəhbəri Razman Kadırov Moskvada Qurani-Kərimin yandırılması ilə bağlı internetdə yayılan videoya münasibət bildirib.
"Unikal" xəbər verir ki, Kadırov bunun Ukrayna təxribatçıları tərəfindən edildiyini iddia edib
“Bu videonun Moskvada məscid tikintisi ilə bağlı məsələ həll olunandan sonra ortaya çıxması mənə şübhəli göründü. Münaqişə həll olundu, bütün tərəflər öz tərəflərində qaldı - artıq mübahisəli vəziyyət yoxdur", - o, teleqram kanalında yazıb.
Kadırov əmindir ki, belə bir təxribat nə müsəlmanlar, nə də pravoslavlar üçün sərfəli deyil.
Onun sözlərinə görə, prosesdə FSB, çeçen mütəxəssislər, eləcə də paytaxt meriyası iştirak edir . Kadırov qeyd edib ki, yoxlamanın ilk nəticələrinə görə, təxribatın müəllifi ukraynalılar olub.