Macarıstan bu il iyunun 30-dək Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub.
"Unikal" xəbər verir ki, bu barədə Macarıstan İnkişaf və Texnologiya Nazirliyi qərar qəbul edib.
Ukraynadan Macarıstana taxıl, ət, yumurta və digər kənd təsərrüfatı məhsullarının idxalı qadağan olunub.
Qeyd edilib ki, Avropa İttifaqının Ukrayna kənd təsərrüfatı məhsulları üzrə dempinq qiymətləri ilə bağlı problemi həll etmək üçün müvafiq tədbirləri yoxdur.