Azərbaycan gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirində daha iki medal qazanıblar.
Gimnastika Federasiyasından "Unikal"a verilən məlumata görə, yarışın üçüncü günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası 5 iplə hərəkətlərin icrasında ikinci yeri tutub.
Sözügedən komanda 5 topla hərəkətlərin icrasında isə qızıl medal qazanıb.