Latviya müxalif rusiyalı siyasətçi Vladimir Kara-Murzanın işi ilə əlaqədar Rusiya Federasiyasının on vətəndaşının ölkəyə girişini qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç "Twitter" səhifəsində yazıb.
“Mən bu qondarma işdə əli olan 10 Rusiya vətəndaşının Latviyaya girişinə qadağa qoymaq qərarına gəldim”, - Rinkeviç deyib.
Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Kara-Murze məhkəməsinin hökmü ilə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini də təklif edib.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı məhkəmənin Kara-Murzaya hökm çıxardığı həbs müddətini şərh etməkdən imtina edib.
Qeyd edək ki, Moskva şəhər məhkəməsi Kara-Murzanı dövlətə xəyanətdə, arzuolunmaz təşkilatlarda iştirakda və Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda təqsirli bilinərək 25 il müddətinə sərt rejimli koloniyaya məhkum edib.
Gülayə Mecid