Sudan ordusunun bölmələri ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında toqquşmalar zamanı Xartum və respublikanın digər şəhərlərindəki tibb müəssisələri artilleriya atəşinə məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə Sudan Həkimlər Komitəsinin "Facebook" səhifəsində məlumat yayıb.
“Əvvəllər biz münaqişə tərəflərinə müraciət edərək tibb müəssisələrinə zərbə endirməməyə çağırsaq da, tam əksi baş verdi. Xartum və Sudanın şəhərlərində xəstəxana və tibb müəssisələri artilleriya və atıcı silahlardan atəşə tutulub”,- bəyanatda deyilir.