"Qlobal təhlükəsizlik təhdidlərlə də üzləşir, Çin öz imkanları barədə heç bir şəffaflıq təmin etmədən nüvə arsenalını sürətlə gücləndirir, İran və Şimali Koreya açıq şəkildə nüvə proqramlarını inkişaf etdirir".
"Unikal" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Silahlara Nəzarət, Silahsızlanma və Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə 18-ci NATO Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, nüvə silahı və digər silahlarla yanaşı, süni intellekt və yeni texnologiyalar meydana çıxmaqdadır ki, onlar da risklər yaradır və bu risklər gözardı edilməməlidir: “İndi bizim dünyamız daha təhlükəli və daha az proqnozlaşdırıla bilən olub".
Stoltenberq deyib ki, indi silahlara nəzarətlə bağlı razılaşma və müqavilələr təhdid olunur: “Bu müqavilələr dostlar arasında imzalanmayıb, əksinə rəqiblər arasında imzalanıb. Və bu müqavilələrin çoxunu biz gərginliyin ən yüksək anında imzalamağa nail olmuşuq. Bu "Soyuq müharibə" dövründə baş verib və indi də baş verə bilər".
NATO Baş katibi vurğulayıb ki, nə qədər nüvə silahları mövcuddur NATO nüvə alyansı olaraq qalacaq.