Qarabağla bağlı üçtərəfli sazişlər vəziyyətin həlli üçün yeganə real əsasdır.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki,  bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan sazişlərinin həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırıq. Bu üçtərəfli sazişlər indi nizamlanma üçün yeganə real əsasdır, ona görə də biz bütün müddəaların icrası istiqamətində irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik" -  deyə Peskov qeyd edib. 

Gülayə  Mecid