Ukrayna prezidenti Volodimir Zelenski Volında Ukraynanın Belarus və Polşa ilə sərhədinə baş çəkib, Ukrayna sərhədçilərinə dövləti qoruduqlarına görə təşəkkür edib.
"Unikal" xəbər verir ki, bu barədə Zelenksi “Telegram”da məlumat yayıb.
"Volın. Ukraynanın Belarus və Polşa ilə sərhədi. Bu gün burada olmaq mənim üçün şərəfdir. Sərhədçilərimizə dövlət sərhədini qoruduqlarına görə təşəkkür edirəm. Baxmutda dövlətimizi qoruduqlarına görə. Mən bilirəm ki, siz orada Baxmutu tutaraq necə möhkəm dayandınız", - prezident vurğulayıb.