Madrid “Real”ı fransalı hücumçu Kərim Benzema ilə müqaviləni uzadıb.

"Unikal" xəbər verir ki, klub rəhbərliyi müqavilənin daha bir mövsüm uzadılması variantını aktivləşdirmək qərarına gəlib, çünki komandada “Qızıl top”u qazanan futbolçu ilə avtomatik olaraq yeni müqavilə imzalamaq ənənəsi mövcuddur.

Eyni zamanda, qarşıdan gələn mövsüm Benzema üçün kral klubunda sonuncu mövsüm olacaq.

Qeyd edək ki, 2022/23 mövsümündə fransalı hücumçu İspaniya çempionatının 19 matçında iştirak edib və 14 qol vurub.