Qarabağ və Şərqi Zəngəzurda çalışmaq istəyənlər müxtəlif güzəştlərdən yararlanacaq.
"Unikal" xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliyə görə bu ildən etibarən yeni imtiyazlar müəyyənləşib.
Belə ki, işğaldan azad edilən ərazilərdə çalışacaq işçilərin son 5 ildə ən azı 2 il təcrübəsi varsa, birdəfəlik 600 manat müavinət alacaqlar. Bununla yanaşı gəlir vergisi, sosial sığorta ödənişlərindən də azad ediləcək.
Millət vəkili Vüqar Bayramov İTV-yə bildirib ki, bu imtiyazlar vətəndaşların əmək haqlarında artımların olmasına şərait yaradacaq.