Gədəbəydə ev yanıb, tüstüdən zəhərlənənlər var.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Zəhmət kəndində baş verib. Kənd sakininə məxsus evdə anidən yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı bir neçə nəfər tustüdən zəhərlənib. Zəhərlənən şəxslər xəstəxanaya aparılıb.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbir görülür.

Tural Əhmədov