Ukrayna prezidenti Volodimir Zelenski Meksika Konqresinə müraciət edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, müraciət videobağlantı vasitəsilə baş tutacaq.
"Ukrayna prezidentinin çıxışı bu günə planlaşdırılıb, mənbələr bildiriblər. Zelenskinin meksikalı konqresmenlər qarşısında çıxışı Meksika-Ukrayna dostluq fraksiyasının təşəbbüsü ilə baş tutacaq", - deyə qeyd olunub.
Ağarza Elçinoğlu