Cari il martın 9-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Milli Müdafiə Universiteti arasında imzalanmış Memorandum əsasında nəzərdə tutulan birgə tədbirlər planının praktiki icrasına başlanılıb.
Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, ASAPES-in "Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi" ixtisası üzrə IV tədris ili tələbələri təcrübə müddətində praktiki biliklər əldə etmək məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində olan Azərbaycan Hərb Tarixi Muzeyində və maddi-texniki baza, həmçinin yeni texnologiyalarla tanış olmaq məqsədilə Milli Müdafiə Universitetində ekskursiyada olublar.