Türkiyənin İzmir şəhərində ailə faciəsi baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 72 yaşlı A.K adlı şəxs oğlunu işə getmədiyi üçün ov tüfəngi ilə güllələyib.
Belə ki, ata işə gecikən 36 yaşlı oğlunu yuxudan oyatmağa çalışıb. Oyandıqdan sonra Hüseyn Kaya atası ilə mübahisə etməyə başlayıb. Ata-oğul arasında gərginlik artdıqda ata A.K oğlu Hüseyn Kayanı ov tüfəngi ilə vurub. Hadisə nəticəsində güllə yarası alan oğul həyatını itirib.
72 yaşlı kişi polisə təslim olub. O, ilkin ifadəsində törətdiyi qətldən peşman olduğunu dilə gətirib. A.K barəsində cinayət işi açılıb.
Gülayə Mecid