Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda güclü qasırğa olub.
"Unikal" xəbər verir ki, qasırğa, fevralın 6-da baş vermiş zəlzələdən zərərçəkənlərin müvəqqəti qaldığı çadırlara ciddi ziyan vurub.
Qeyd edilir ki, zəlzələ zamanı zərərçəkmiş binaların damlarından düşən daş parçaları insan itkisinə və bəzi sakinlərin xəsarət almasına səbəb olub.
Əraziyə təcili yardım və xilasetmə qrupu göndərilib, yaralılar xəstəxanalara aparılıb.
Səhiyyə naziri Fahrettin Koca Kahramanmaraşda fırtına nəticəsində 1 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını bildirib.
xxx
20 aprel 19:20
Türkiyənin Kahramanmaraş bölgəsindin Pazarcık rayonunda baş verən fırtına zəlzələ qurbanlarının çadırlarını uçurub, 3-ü ağır olmaqla 10 nəfər yaralanıb. Binaların qırıntılarının ətrafa səpələnməsi nəticəsində bir uşağın həyatını itirdiyi bildirilib.
"Unikal" xəbər verir ki, fırtına dağılmış binaların damlarının parçalarını ətrafa atıb, zəlzələ qurbanlarının qaldığı çadırlar uçub.
Hadisə yerinə çox sayda sağlamlıq və xilasetmə qrupları göndərilib. İlkin məlumata görə, 3-ü ağır olmaqla 10 nəfər yaralanıb.