Aprelin 21-22-də Ramazan bayramı ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günüdür.
Bu barədə "Unikal"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 23-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd olunub ki, bazar günü “ASAN kommunal” mərkəzlərində qeyri-iş günüdür.