Bu gün və sabah əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, bəzi yerlərdə arabir intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var.

Aprelin 24-də axşam yenidən qərb rayonlarından başlayaraq 25-i gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.