Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sakinlərin qaz sayğacına edilən qanunsuz müdaxilələri aşkar edilib.
SOCAR “Azəriqaz” İB-dən "Unikal"a verilən məlumata görə, qanunsuzluq Mehriban Mehdiyevaya və Allahyar Əliyevə məxsus fərdi yaşayış evlərində aşkar edilib.
Kənar müdaxiləyə məruz qalan hər 2 fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə ilk olaraq sayğaclara vizual baxış keçirilib və qanunsuz kənar müdaxilə halı təsdiq olunub.
SOCAR “Azəriqaz” bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırır. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.