Baş Prokurorluqda cinayət işi açıldı
Baş redaktorun uşaqlarının ölümü ilə bağlı yenidən istintaq aparılacaq
Bolgexeber.com saytının rəhbəri Vasif Turanın ötən ilin oktyabrın 7-də Qobu qəsəbəsindəki evində baş vermiş yanğın nəticəsində iki uşağını itirməsi ilə bağlı Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İstintaq İdarəsində cinayət işi açılıb. Bu barədə Vasif Turan məlumat verib.
O bildirib ki, prokurorluqdan ona deyiblər ki, məsələ diqqətlə araşdırılacaq və işin mahiyyəti üzrə məlumat veriləcək.
"Bizə bildirdilər ki, artıq cinayət işi açılıb. Evimdə baş vermiş yanğın nəticəsində iki uşağımının ölüm səbəbləri və bununla bağlı bütün detallar və məqamların araşdırılacağını dedilər. Ümid edirəm ki, FHN-in İstintaq İdarəsinin bu aylar ərzində görə bilmədiyi işləri Baş Prokurorluq həyata keçirəcək. Və evimdə baş vermiş yanğının əsl səbəbləri və bu hadisəni törədənlərin kimliyi aşkarlanacaq".
Baş redaktor onu da qeyd edib ki, bir müddət Mətbuat Şurasının da məsələ ilə bağlı Baş Prokurorluğa ünvanladığı müraciət də araşdırılır. Vasif Turan bildirib ki, məsələnin ədalətli şəkildə araşdırılacağına böyük ümidləri var.
Digər Xəbərlər
2025-03-04 00:03:51

2025-03-03 21:27:16

2025-03-03 20:47:58

2025-03-03 20:21:38

2025-03-03 19:35:19

2025-03-03 19:31:55

2025-03-03 18:52:30

2025-03-03 18:38:58

2025-03-03 18:26:32

2025-03-03 18:16:00

2025-03-03 18:10:41

2025-03-03 18:08:27

2025-03-03 17:53:52

2025-03-03 17:50:31

2025-03-03 17:34:09

2025-03-03 17:30:38

2025-03-03 17:21:00

2025-03-03 16:42:00
.jpg)