Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.
"Unikal" xəbər verir ki, deputat Vahid Əhmədova töhmət verilib.
***
Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, iclasın saat 15:00-da keçirilməsi nəzərdə tutulub.
Toplantıya deputat Vahid Əhmədov dəvət olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl deputat Vahid Əhmədov internet televiziyalarından birinə müsahibə verib. Onun Milli Məclislə bağlı səsləndirdiyi fikirlər deputatların etirazına səbəb olub.
Anar Kəlbiyev