"Fox" kanalında yayımlanan "Eqo" serialı üçün final qərarı alınıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 13-cü bölümdə izləyicilərinə vida edəcək. Buna səbəb isə layihənin reytinqlərdə uğur qazanmaması olub.

Qeyd edək ki, serialın baş rollarını Melisa Aslı Pamukla Alperen Duymaz canlandırır.