27.04.2022-ci il tarixdə “Gənc Mühasiblər” İctimai birliyinin təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Mühasiblik peşəsinin müasir dövrdəki vəziyyəti və gələcəkdəki perspektivləri” mövzusunda Milli Mühasiblər Forumunun II panel görüşü keçirilib.

"Unikal" xəbər verir ki, Forumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri dos. N.Y.Mikayılova, kafedranın müəllimi D.F.Adgözəlov, “Maliyyə-iqtisad” fakültəsinin tələbələrindən  Məmmədzadə Yusif, Hüseynova Günəş, Səmədov Cabir, Qədirova Xəyalə, Qənbərova Mənsurə, Cavadlı Pərvin, Bəndəliyeva Xədicə, Tanrıverdiyev Ceyhun iştirak ediblər. 
Forumun I panelində “Mühasiblik peşəsinin təhsildəki mövcud vəziyyəti” müzakirə edilib. Müzakirələrdə dos. N.Y.Mikayılova spiker qismində iştirak etmiş, mühasiblik peşəsinin təhsildəki mövcud vəziyyətinin yeni Təhsil Standartlarına uyğunlaşdırılmasından və AƏSMA-da yaradılan “Maliyyə uçotu” laboratoriyasının peşəkar mühasiblərin hazırlanmasında xususi rolunun olduğundan bəhs edib. 
 “Mühasiblik peşəsinin müasir dövrdəki vəziyyəti və gələcəkdəki perspektivləri”adlanan Forumun II panelində mühasiblərin karyera və iş imkanları, mövcud çətinliklər və həll yolları müzakirə edilib və Forum maraqlı sual-cavabla öz işini başa vurub.