Azərbaycan Türkiyədə zəlzələ baş verən bölgədə önəmli layihələr həyata keçirmək istəyir.

"Unikal" xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Türk”ə müsahibəsi zamanı bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Kahramanmaraşda Azərbaycan tərəfindən inşa ediləcək min bina, məktəb və məscidin təməlini qoyduğunu xatırladıb.

Ərdoğan həmçinin zəlzələdən sonra Türkiyəyə yardım edən bütün ölkələrə təşəkkür edib.