Finlandiya ABŞ- la öz ərazisində ABŞ hərbi bazalarının yerləşdirilməsinə icazə verəcək saziş hazırlayır.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin siyasi departamentinin rəis müavini Mikael Antell məlumat verib.
Müqavilənin detallarının hələ müəyyən edilmədiyi, lakin bunun nüvə silahlarına təsir etməyəcəyi qeyd olunur.
“Ən əsası, saziş bütün təhlükəsizlik vəziyyətlərində, eləcə də qısa müddətdə ABŞ ilə fasiləsiz əməkdaşlığı təmin edəcək”, - deyə departament rəhbərinin müavini qeyd edib.
Bundan əvvəl Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib ki, ABŞ və onun müttəfiqləri terrorizmlə mübarizədə yardım göstərmək bəhanəsi ilə Mərkəzi Asiya ölkələrində hərbi mövcudluğunu bərpa etməyə çalışırlar. Şoyqu vurğulayıb ki, Rusiya tərəfi Qərbin Mərkəzi Asiya dövlətlərinə hərbi infrastrukturunun yerləşdirilməsi ilə bağlı müraciətlərini ŞƏT məkanında sabitliyə birbaşa təhlükə kimi qiymətləndirir.