Fransada Əmək Günündə pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyaları zamanı 100-dən çox polis və jandarm yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə daxili işlər naziri Cerald Darmanin BFM telekanalının efirində bildirib.
“108 polis və jandarm yaralanıb. Onlardan 20-si Parisdə yaralanıb” deyə o bildrib.
Onun sözlərinə görə, bütün ölkəboyu keçirilən etiraz aksiyalarında 291 nəfər saxlanılıb.
Darmanin həmçinin qeyd edib ki, nümayişlərdə pilotsuz təyyarələrdən istifadə olubnub.
Lionda meriya binasına hücum edən aqressiv etirazçıları məhz dron vasitəsi ilə saxlanılıb.