"WhatsApp" növbəti funksiyasını təqdim etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.
Yeni funksiyada səsli mesajların mətn formatına çevrilməsi mümkün olacaq. Bu zaman istifadəçi dil seçimi də edə biləcək.
Sözügedən funksiya hazırda messencerin "iOS" əməliyyat sistemi ilə çalışan beta versiyasında aktivdir.