"Əgər prezident seçilsəm, ilk etapda "iqtidarın gücü" olaraq xarakterizə edilən adları işdən çıxaracam".
"Unikal" xəbər verir ki, bunu Millət Alyansının prezidentliyə namizədi olan CHP sədri Kamal Kılıçdaroğlu deyib.
Seçkiləri ilk turda yüzdə 60 səslə qazanacağını ifadə edən Kılıçdaroğlu, "TÜİK, AFAD, TOKİ, Mərkəz Bankı, Kızılay və Kommunikasiya Başçısı və TRT baş direktorunu vəzifələrindən azad edəcəyəm", - deyib.
Onun bu açıqlaması Türkiyə mətbuatında gündəm yaradıb.
Gülayə Mecid