"Türkiyədə seçkilərin bir turda başa çatması ehtimalı 50 faizdən aşağıdır, Rəcəb Tayyib Ərdoğan və onun əsas rəqibi, müxalifətin yeganə namizədi Kamal Kılıçdaroğlunun səsləri yaxındır".
"Unikal" xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
"Seçkilərin bir turda başa çatması ehtimalı 50 faizdən aşağıdır. Xaricdə səsvermə gözlənildiyindən qat-qat həlledici olacaq. Muharem İncenin səslərində müəyyən azalma var. Sinan Oğanın səslərində isə cüzi artım var", - deyə qəzetin köşə yazarı Ahmet Hakan yazıb.
Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Namizədlər siyahısına hazırkı dövlət başçısı, “Cümhuriyyət Alyansının” namizədi kimi 69 yaşlı Ərdoğan, müxalifətin “Xalq Alyansı”nın namizədi 74 yaşlı Kılıçdaroğlu, eləcə də Memleket partiyasından 58 yaşlı Muharem İnce və Ata ittifaqının 55 yaşlı namizədi Sinan Oğan daxildir. Namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilməsə, seçkilərin ikinci turu mayın 28-də keçirilməsi planlaşdırılır.
Gülayə Mecid