Qazaxıstan xüsusi xidmət orqanları terror əməllərində şübhəli bilinən 19 nəfəri həbs edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Saqimbayev məlumat verib.
Saqimbayev bildirib ki, Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları bir sıra terror cinayətlərinin, o cümlədən insanların sıx toplaşdığı yerlərdən birində əldəqayırma partlayıcıdan istifadə etməklə terror aktının qarşısını alıb.