Belarus prezidenti Aleksandr Lukaşenko sərhəddə iddia edilən təxribatlara və “diversiyaçıların” ölkəyə nüfuz etməsinə toxunaraq, “təhlükəsizliyin təcili məsələləri və dövlət sərhədinin mühafizəsi tədbirləri” mövzusunda iclas keçirib.
"Unikal" xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.
Onun sözlərinə görə, NATO-nun hərbi potensialı sərhədlərə yaxın artır, sərhəddə təxribatlar baş verir.
"Biz bu görüşü təxirə sala bilməzdik. Hökumətə və güc blokuna hər cür diversantların Belarus ərazisinə daxil olmasının qarşısını almaq üçün sərhəddə ciddi tədbirlər hazırlamaq tapşırılıb. Son zamanlar belə hallar çoxalıb. Ona görə də mən əks tədbirlərlə bağlı hərtərəfli təkliflər eşitmək istərdim", - Lukaşenko bildirib.
Gülayə Mecid