"Ararat Mirzoyan İrəvanın mərkəzində, parlamentin tribunasından Şuşa və Hadrut haqqında danışmağa qorxurdu".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Hayk Mamicanyan hazırda ABŞ-də danışıqlarda iştirak edən Ermənistanın xarici işlər naziri haqqında danışarkən bildirib.
"İndi o nə danışacaq? Getsin nə istəyir danışsın. Ararat Mirzoyanın diplomatiya nöqteyi-nəzərindən pioner olmasını nəzərə alaraq, ondan Azərbaycan tərəfinin yanaşmalarını dəyişdirə biləcəyini gözləmək sadəlövhlükdür", - deyə deputat qeyd edib.
Ağarza Elçinoğlu