Hazırda Ukrayna işğal olunmuş yarımadaya sırf hərbi hücumu nəzərdə tutmur. Əvəzində hərbi-siyasi azadlıq fəal şəkildə müzakirə olunur.
"Unikal" xəbər verir ki, bu barədə “The Atlantic”ə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib.
Onun sözlərinə görə, yarımadanın işğaldan azad edilməsi ilə bağlı artıq müfəssəl planlar var.
“Rusiya üçün Krım hərbi bazadır və həmişə də olacaq. Ukrayna üçün Krım müxtəliflik məkanıdır - bizim qlobal cənuba körpüdür”, - Reznikov bildirib.