Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya” magistr proqramının rəhbəri, Böyük Britaniyanın UCL Universitetinin professoru, UCL-in İdman Fiziki Fəaliyyət və Sağlamlıq İnstitutunun (Institute of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi Bölməsinin vitse-prezidenti, İdman Tibbi üzrə Avropa Standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmorun (Michael Paul Loosemore) Akademiyada tədris prosesi davam edir.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, təcrübəli mütəxəssisin rəhbərliyi ilə mayın 2-də Akademiyada həkimlər üçün “Baş beyin travmaları zamanı aparılan qiymətləndirilmə” mövzusunda seminar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.