Sürücülərə şad xəbər: “Azadlıq” meydanı hərəkət üçün açılır
11:58 18-03-2013
CƏMİYYƏT
Meydan üzərindən hərəkət bu gün bərpa ediləcək
Bakının ən böyük və mərkəzi meydanı olan “Azadlıq” meydanının altında yeraltı dayanacaq tikintisi davam etdirilir. Unikal.org-un məlumatına görə, “Neftçilər” prospektində yerləşən meydanın hasara alınmış hissəsində tikinti işlərindən sonra yeni asfalt döşənib. Bu gün səhər saatlarında isə tikinti sahəsinin hasarları sökülüb. Meydanın avtomobillərin hərəkət edəcəyi hissəsində yeni yol-hərəkət nişanları qoyulub, xətlər çəkilib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, meydanın hərəkət üçün bağlanmış hissəsində bu gündən hərəkət bərpa ediləcək. İdarədə o da bildirilib ki, yeraltı dayanacağa giriş-çıxışların tikintisi ilə əlaqədar olaraq Puşkin küçəsi hələ bir müddət daha bağlı qalacaq.
Qeyd edək ki, “Azadlıq” meydanı altında 2 mərtəbəli dayanacaq tikilir. Yeni avtodayanacaqların hesabına “Neftçilər” prospektində və ətraf ərazilərdə nəqliyyat sıxlığının nisbətən aradan qaldırılacağı gözlənilir.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22