Ermənilər Qarabağda daha iki qızıl yatağını istismar edəcək
12:28 18-03-2013
CƏMİYYƏT
Ermənilər yayda işğal altındakı Azərbaycan ərazilərində yerləşən iki faydalı qazıntı yatağında geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırırlar.
Bu barədə Unikal.org Ermənistan mediasına istinadən məlumat verib.
Ağdərə ərazisində yerləşən bu yataqların perspektivli olduğu güman edilir və kəşfiyyatın nəticələrinə müvafiq olaraq onların istismar edilməsi barədə qərar qəbul olunacaq.
Məlumata görə, ermənilər 2015-ci ilədək Ağdərə ərazisində iki qızıl yatağında istismara başlamağı planlaşdırırlar. Ermənistanın «Base Metal» firması tərəfindən təsdiq edilmiş plana əsasən, yay aylarında bu yataqların istismara açılması üçün zəruri infrastrukturun yaradılmasına start veriləcək.
Qeyd edək ki, ermənilər işğal dövründə istismar olunan Kəlbəcər rayonunun ərazisindəki Heyvalı yatağında ehtiyatların tükəndiyini açıqlayıblar.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50