Roma Papası Fransisk Ukrayna lideri Volodimir Zelenskini mayın 13-də Vatikanda qəbul edə bilər .
"Unikal" xəbər veri ki, bu barədə ANSA məlumat yayıb.
"Çox güman ki, Papa şənbə günü Ukrayna prezidenti ilə görüşə bilər ", - media mənbəsi bildirib.
Alman mediasına görə, yaxın günlərdə Zelenski Berlində kansler Olaf Şolz və prezident Frank-Valter Ştaynmayerlə görüşəcək və Roma da bu proqrama daxil ola bilər .
Agentlik vurğulayır ki, hələlik Zelenskinin İtaliya və Vatikana səfərinin rəsmi təsdiqi yoxdur .
Bundan əvvəl Roma Papası Fransisk Ukrayna prezidenti Volodimir Zelenskinin danışıqlar masası arxasına oturmalı olduğunu bildirib .
Mart ayında pontifik Ukraynadakı silahlı münaqişənin dayandırılmasına kömək etmək üçün Moskvaya səfər etmək şərti ilə şəxsən Kiyevə gəlməyə hazır olduğunu bildirib.