Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Qubadlı rayon Kərəm Mirzəyev adına Xanlıq kənd-1 saylı tam orta məktəbdə keçirilib.

"Unikal" xəbər verir ki, qəbulda RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.
 Qəbulda sakinlər tərəfindən qaldırılan 28 məsələdən 15-i yerində həll olunmuş, 13-ü baxılması üçün nəzarətə götürülmüşdür. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildiriblər.