Türkiyədə prezident seçkiləri ilə bağlı qutuların 100 faizi açılıb.

"Unikal"  “Anadolu”ya istinadən xəbər verir ki, prezident seçkiləri ilə bağlı qutular 100 faizi açılıb, parlamentlə bağlı isə 99 faiz qutular açılaraq sistemə daxil edilib.

Bildirilir ki, “Cümhur İttifaqı”nın namizədi, AK Partiyanın lideri Rəcəb Tayyib Ərdoğan seçicilərin 49.24 faiz (26 085 999) səsini alıb. “Millət İttifaqın” namizədi, CHP sədri Kamal Kılıçdaroğlu isə 45.06 faiz (23 869 863) səs toplayıb. Digər namizədlər Sinan Oğan 5,28 faiz, yəni 2 796 379 səs, Muharrəm İncə isə 0,42 faiz (220 133) səs ala bilib.

***09:00

Türkiyədə seçki qutularının 99.99 faizinin açılmasından sonra “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 45 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,22 faiz, Məmləkət Partiyasının sədri Muharrem İncə 0,43 faiz (seçkilərə üç gün qalmış namizədliyini geri götürüb – red.) səs qazanıb.

"Unikal" TRT-yə istinadən xəbər verir ki, parlament seçkilərində nəticələrə görə, “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 səs toplayıb.

Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

***05:40

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində səsvermə qutularının 98,00 faizi açılıb. 

"Unikal" xəbər verir ki, səsvermə nəticələrinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 49,34 faiz səslə namizədlər siyahısında liderdir.

CHP rəhbəri Kamal Kılıçdaroğlu 45% səslə ikincidir. Prezidentliyə digər namizəd Sinan Oğan isə səslərin 5,24 faizini toplayıb. 

Qeyd edək ki, verilən səslər 10 saata yaxındır sayılmaqda davam edir. 

***04:37

Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin sayılması davam edir. 

"Unikal" xəbər verir ki, ümumi sandıqların 97,6 faizi artıq açılıb. 

Hazırkı nəticələrə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 49,35 faiz səslə prezidentliyə namizədlər siyahısına liderlik edir. 

CHP lideri hamal Kılıçdaroğlu 44,97 faiz səslə ikinci yerdədir. Ata alyansının lideri Sinan Oğan isə səslərin 5,25 faizini toplayıb. 

***03:28

Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 96,5 faizi sayılıb. 

"Unikal" xəbər verir ki, səsvermə nəticələrinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 49,42 faiz səslə öndədir.

CHP lideri Kamal Kılıçdaroğlu 44,88 səslə ikincidir. Prezidentliyə üçüncü namizəd Sinan Oğan isə səslərin 5,26 faizini toplayıb. 

***02:05

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 95,00 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,52 faiz səslə öndədir.

"Unikal" xəbər verir ki, ikinci yerdə 44,76 faiz səslə "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb - 5,28%.

***01:09

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərində səslərin 93,00 faizi sayılıb. 

"Unikal" xəbər verir ki, səsvermə nəticələrinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 49,67 faiz səslə siyahıda liderdir.

CHP rəhbəri Kamal Kılıçdaroğlu 44,59 səslə ikincidir. Prezidentliyə üçüncü namizəd Sinan Oğan isə səslərin 5,29 faizini toplayıb. 

14.05.2023 / 23:57

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 91,10 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 50,01 faiz səslə öndədir.

"Unikal" xəbər verir ki, ikinci yerdə 44,21 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,30 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

***23:32

Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin 84,3 faizi sayılıb. 

"Unikal" xəbər verir ki, səsvermə nəticələrinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 50,20 faiz səslə öndədir.

CHP lideri Kamal Kılıçdaroğlu 44,02 səslə ikincidir. Prezidentliyə üçüncü namizəd Sinan Oğan isə səslərin 5,31 faizini toplayıb. 

***22:17

Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 67,5 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 51,23 faiz səslə öndədir.

"Unikal" xəbər verir ki, ikinci yerdə 42,95 faiz səslə "Millət İttifaqı"nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb - 5,31%.

***21:28

Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərində sayılan səslər ümumi səsvermənin yarısını keçib. 

"Unikal" xəbər verir ki, səslərin 51,0 faizi artıq sayılıb. 

Məlumata görə, hazırkı nəticələrə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 milyona yaxın seçicinin səsini toplayıb - 52,0%.

CHP lideri Kamal Kılıçdaroğlu ondan təqribən 10 faiz geridədir - 42,1%. Prezidentliyə üçüncü namizəd Sinan Oğan isə səslərin 5,3 faizini toplayıb. 

***20:34

Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərində səslərin sayılması davam edir. 

"Unikal" xəbər verir ki, səslərin 30,2 faizi artıq sayılıb. 

Məlumata görə, hazırkı nəticələrə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 9 milyona yaxın seçicinin səsini toplayıb - 53,6%.

CHP lideri hamal Kılıçdaroğlu ondan təqribən 13,2 faiz geridədir - 40,4%. 

Sinan Oğan isə səslərin 5,4 faizini toplayıb. 

***19:50

Xəbər verdiyimiz kimi, Türkiyədə prezident və parlament seçkilərinin ilkin nəticələri açıqlanır.

"Unikal" Türkiyə mətbuatına istinadla bildirir ki, hazırda sandıqların 10,8 faizi açılıb. Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan 58,4 faiz səslə liderdir. 

CHP partiyasından prezidentliyə namizəd Kamal Kılıçdaroğlu 35,8 faiz səs toplayıb. 

Sinan Oğan isə səslərin 5,2 faizinə sahibdir.

Ağarza Elçinoğlu