Böyük Britaniya Ukraynaya uçuş məsafəsi 200 km-dən çox olan yüzlərlə yeni uzaqmənzilli zərbə vuran PUA göndərəcək.
"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ukrayna lideri Volodimir Zelenski baş nazir Rişi Sunak ilə danışıqlar aparmaq üçün Londona gəldikdən sonra Britaniya hökuməti uzun mənzilli PUA-ların Ukraynaya təhvil verildiyini açıqlayıb.
"Baş nazir bu gün Böyük Britaniyanın yüzlərlə hava hücumundan müdafiə raketləri və yeni pilotsuz təyyarə sistemləri, o cümlədən 200 km-dən çox mənzilə malik yüzlərlə yeni uzun mənzilli zərbə vuran PUA-larla təmin edilməsini davam etdirəcəyini təsdiq edəcək", - KİV-də qeyd olunub.