"Finlandiyanın coğrafi mövqeyi NATO-nun Arktikanın hərbiləşdirilməsi ambisiyalarına təkan verəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"Bu, regional və ümumavropa təhlükəsizliyinin ciddi şəkildə pisləşməsidir, burada təkcə siyasi çağırışlara cavab axtarmaq deyil, həm də bu cavabları hərbi-texniki tədbirlərlə formalaşdırmaq lazımdır", - nazir müavini əlavə edib.
Qruşkonun sözlərinə görə, Rusiya hakimiyyəti Finlandiyada qüvvələrin konfiqurasiyasının dəyişməsini diqqətlə izləyəcək . O, həmçinin əmin olduğunu bildirib ki, Rusiya Federasiyası Finlandiya ilə sərhəddə ölkənin müdafiə infrastrukturunu gücləndirməlidir. Xarici işlər nazirinin müavini əlavə edib ki, Leninqrad Hərbi Dairəsi və Kareliya korpusu regionda təhlükəsizliyi təmin edəcək.
Bundan əvvəl bildirilmişdi ki, aprelin 4-də Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü olub . Ölkənin xarici işlər naziri Pekka Haavisto respublikanın alyansa daxil olması ilə bağlı sənəd imzalayıb.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması Avropada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə vermir .