Rusiyada ehtiyatda olan hərbçilər təlimə çağırılır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov bildirib. O, ehtiyatda olan hərbçilərin Ukraynadakı müharibəyə göndərilməyəcəyini qeyd edib:"Ehtiyatda olan hərbçilər xüsusi hərbi əməliyyatda iştirak etmək üçün cəbhəyə göndərilməyəcəklər".
Deputat qeyd edib ki, təlimlər planlı şəkildə hər il keçirilir.
Ağarza Elçinoğlu