Sülh layihəsi nə Brüsselindir, nə də Moskvanın, onu hər iki tərəf (Azərbaycan və Ermənistan - red.) hazırlayıb.
"Unikal" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan mayın 16-da parlamentdə deyib.
O qeyd edib ki, Ermənistanın danışıqları yalnız Qərb platformalarında aparması ilə bağlı şərhlər yanlışdır: "Danışıqlar bir neçə platformada, o cümlədən Rusiyada aparılır. Yaxın vaxtlarda, mayın 19-da xarici işlər nazirlərinin görüşü planlaşdırılır".
Ağarza Elçinoğlu