"Dərslərin sentyabrın 1-də başlaması uzun müddətdir müzakirə olunur. Bununla bağlı müxtəlif yanaşmaların şahidi olmuşuq. Hesab edirəm ki, dərslərin sentybarın 1-də başlamasını istəyənlər daha çoxdur".

Bunu "Unikal"a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, əvvəlki dövrdə dərslər sentyabrın 1-də başladığı üçün insanlar buna müəyyən mənada öyrəşiblər:

"Düşünürəm ki, dərslərin may ayının sonunda bitməsi daha məqsədəuyğun olardı. Çünki iyunda havalar daha isti olur. İnsanların o qədər də həvəsi olmur ki, dərslərə davam etsinlər. Bu reallığın nəzərə alınması daha yaxşı olardı".

Anar Kəlbiyev