"Azərbaycanda 2022-ci ildə qiymətlər 13,9 faiz, ərzaq qiymətləri isə 20 faiz artıb".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, çox işlənən qeyri-ərzaq məhsullarının qiyməti ərzağın qiymətindən bir neçə dəfə çox artıb:
"Bizdə inflyasiya qlobal inflyasiyadan 1,5 dəfə çoxdur. Nazirlər Kabinetinin hesabatından tutmuş bütün rəsmi hökumət dairələrinin hesabatlarında inflyasiyanın bir amili - idxal inflyasiyası öyrənilir. Bu yumşaq desək yarımçıq xarakter daşıyan məsələdir".
Anar Kəlbiyev