Türkiyədən Azərbaycana idxal olunan mallarının dəyərinin yuxarı olması həmin malların burda da qiymətinin qalxmasına səbəb olub.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
“Ötən il Türkiyə ilə 5,8 milyard dollarlıq ticarət dövriyəmizin 2,3 milyard dollarlıq hissəsi Türkiyədən Azərbaycana idxal edilmiş məhsullar üzrə olub. Bu məhsulların çoxu əczaçılıq, geyim, sənaye məhsulları və maşın avadanlıqları olub. Türkiyədə ötən il inflyasiya 70 %-dən yuxarı olub. Bu, oradan Azərbaycana idxal edilən malların da qiymətinə təsir edib”, - nazir müavini bildirib.
E.Əliyev bildirib ki, inflyasiya ilə bağlı dinləmə keçirilməsi fikrini qəbul edir: "Ərzaq məhsullarında inflyasiyaya səbəb odur ki, bizim bu sahədə əsas tərəfdaşlarımız Rusiya və Qazaxıstandır. Həmin bazarda hazırda məhdudiyyət və qadağalar var".
Anar kəlbiyev