Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan 7 otaq və qarajdan ibarət ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən evin birinci mərtəbəsində yerləşən qarajın dəmir qapısı və ikinci mərtəbədə aynabəndin pəncərə çərçivələri yerindən çıxıb, evin döşəməsi qismən deformasiyaya uğrayıb və evə ziyan dəyib. Hadisə nəticəsində ev sahibi R.M.Quliyeva xəsarət alıb.
FHN-in əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
xxx
21:51
Gədəbəydə qadın yanıq xəsarəti alıb.
"Unikal"ın məlumatına görə, rayonun Arıqdam kənd sakini 1950-ci il təvəllüdlü Rahilə Yusibova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal qadına yardım göstərilib. Vəziyyətinin kafi olduğu bidlirilir. Qadının yaxınların sözlərinə görə, Rahilə Quliyeva yaşadığı evdə qaz partlaması nəticəsində xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov