Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,7 ABŞ dolları, yaxud 0,88 % artaraq 80,46 ABŞ dolları təşkil edib.
Bu barədə "Unikal"a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçersləri 78,35 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.