Qırğızıstan parlamentinin deputatı Nadira Narmatova gənc qızları və orduda xidmət etməyən kişiləri ölkədən buraxmamağı təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Qırğızıstan" məlumat yayıb.
"Xidməti olmayan uşaqlar başqa ölkələrə buraxıla bilməz. Həyatın ən yaxşı çağında olan oğlanların orduya getməməsi, xaricə getməsi və hər cür çətinliklərlə üzləşməsi faktları çoxdur. Hələ 18 yaşı tamam olmayan gənc qızlar da xaricə gedib həyatlarını pozurlar",- o ifadə edib.
Narmatova hesab edir ki, Qırğızıstanı yalnız “xidmət etmiş və yetişmiş”lər tərk edə bilər. Millət vəkili əmindir ki, gənclər ölkədən kənarda yaxşı heç nə gözləmir və orada ancaq “əziyyət çəkirlər”.
Gülayə Mecid