Bu gün Almaniya və Danimarkanın səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, XİN-ə çağırılan diplomatlara “Şimal axını”nda təxribat törədildiyini iddia edən bu ölkələrin hakimiyyət orqanları tərəfindən aparılan “araşdırmaların nəticəsiz qalması və istintaq hərəkətlərinin şəffaflığını təmin edilməməsi” ilə bağlı kəskin etiraz bildirilib.